
Qualcomm-un noutbuklar üçün nəzərdə tutulmuş Snapdragon 8cx Gen 4 prosessoru Geekbench testlərindən keçib
Elm & Texnologiya
30.03.2023
Emil Nəcəfov
Oryon nüvələrinə sahib Snapdragon 8cx Gen 4 prosessoru Geekbench testlərindən keçib. Qeyd etmək lazımdır ki, Qualcomm-un hazırladığı bu yeni prosessor noutbuklar üçün nəzərdə tutulub. Prosessorun Geekbench testləri çərçivəsində sərgilədiyi nəticələr heç də diqqət çəkmirlər. Lakin prosessorun final versiyasında vəziyyət fərqli ola bilər. Beləliklə Geekbench testlərinə əsasən Snapdragon 8cx Gen 4 prosessoru minimal 2.38 GHz tezlikdə çalışan 12 nüvə ilə təchiz olunub. Prosessorun test versiyası Geekbench-in bir nüvəli testi çərçivəsində 613 xal, çox nüvəli testi çərçivəsində isə 5241 xal toplayıb. Snapdragon 8cx Gen 4-ün nə zaman təqdim ediləcəyi barəsində heç bir məlumat yoxdur.

Linki kopyala
Həftənin xəbərləri

