main-post-cover

    Qualcomm-un Snapdragon çipsetlərinə yeni rəqib gəlir: AMD Ryzen C7

    Elm & Texnologiya
    07.06.2020
    Nijat Hamid
            Mobil çipset bazarında Qualcomm şirkəti Snapdragon çipsetləri ilə zirvədə qalmağa davam edir. Lakin bu səfər görünən odur ki, Qualcomm-a ciddi rəqib gəlir. AMD şirkəti Intel, Nvidia kimi şirkətlərə rəqib olduqdan sonra bu səfər də gözünə Qualcomm-u kəsdirib. AMD şirkəti smartfonlarda istifadə edilməsi üçün hazırladığı yeni Ryzen C7 çipseti ilə bazara girməyə hazırlaşır.

    Ryzen C7 çipseti digər çipsetlər kimi ARM arxitekturası əsasında hazırlanan nüvələr istifadə edir.

            Twitter istifadəçisi olan HansDeVriesNL tərəfindən təyin edilən sızdırılmış məlumata görə AMD şirkəti noutbuk, desktop və server kompüterlərdə əldə etdiyi uğuru smartfon bazarında da əldə etməyi planlayır. ARM şirkətinin yaxın zamanda təqdim etdiyi yeni Cortex X1Cortex-A78 nüvələri bu çipsetdə istifadə olunacaq. Texniki parametrlərə baxdığımızda Ryzen C7 çipseti 2 ədəd 3 Ghz tezlikli Cortex X1 əsasında hazırlanan Gaugin Pro nüvəsinə, 2 ədəd 2.60 Ghz tezlikli Cortex-A78 əsasında hazırlanan Gaugin nüvəsinə və 2 Ghz tezlikdə işləyən 4 ədəd Cortex-A55 nüvəsinə malik olacaq. Qısaca çipsetimiz 8 nüvəli olacaq.
            Bu çipsetin qrafik tərəfində isə SamsungAMD tərəfindən hazırlanan RDNA 2 arxitekturasında olan 4 nüvəli bir çip istifadə ediləcək. Bu çipin Qualcomm-un ən güclü qrafik çipi olan Adreno 650-dən 45% daha güclü olacağı və kompüter videokartları kimi Ray Tracing (İşıq izləmə) texnologiyasını dəstəkləyəcəyi deyilir. Həmçinin Ryzen C7 çipseti 2K 144Hz kimi çox yüksək dəyərlərdə olan smartfon ekranlarını da dəstəkləyə biləcək.
            Digər bir iddialı məlumat isə Ryzen C7 çipsetinin bu qədər güclü olacağı halda ARM prosessorlu yeni kompüterlər görə biləcəyimizin mümkün olmasıdır. AMD şirkəti bu çipseti TSMC şirkətinin 5 nm ölçülü istehsal arxitekturası ilə hazırlamağı planlayır. Qeyd edək ki, bu çipsetdə 2 Sim dəstəkli MediaTek 5G UltraSave modem olacaq. Technote olaraq bu xəbərlər bizi həyəcanlandırdı. Rəqabətin olması istifadəçilərə müsbət istiqamətdə təsir edəcəkdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər