Logo
    main-post-cover

    Qualcomm-un yeni desktop prosessoru Apple M seriyası ilə rəqabət apara biləcək

    Elm & Texnologiya
    07.11.2022
    Emil
        Qualcomm şirkəti kompüterlər üçün nəzərdə tutulmuş prosessorlar bazarında Apple şirkətinin ciddi rəqibi olmaq cəhdlərini davam etdirir. Kuba Wojclechowski adlı insayder Qualcomm-un Apple M prosessor seriyası ilə rəqabət aparacaq gizli prosessoru barəsində məlumatlar verib. Beləliklə insayderin sözlərinə əsasən Qualcomm Hamoa kod adına sahib desktop prosessorunu 2024-cü ildə təqdim etməyi planlaşdırır. Şirkət tərəfindən hazırlanan prosessorun tərkibinə 8 ədəd performans nüvəsi və 4 ədəd enerji effektivliyi nüvəsi daxil olmalıdır. Məlumatda qeyd edilib ki, söhbət, Nuvia Phoenix adlı nüvələrdən gedir. Qeyd etmək lazımdır ki, Nuvia ARM prosessorların hazırlanması sahəsində fəaliyyət göstərən startapdır və o, 2021-ci ildə Qualcomm tərəfindən alınıb.
        İnsayder həmçinin qeyd edib ki, Qualcomm-un yeni desktop prosessorunda Apple M seriyasında istifadə edilən yaddaş və keş yaddaş konfiqurasiyasından istifadə ediləcək. İnsayder bildirib ki, performans baxımından Qualcomm-un yeni desktop prosessoru hamını sözün əsl mənasında təəccübləndirə bilər. Qualcomm-un tərkibinə daxil olmamışdan öncə Nuvia qeyd etmişdi ki, onun Phoenix nüvələri Geekbench testlərində AMD Ryzen 4700U Apple A13 prosessorlarını geridə qoyur. Lakin bu bəyanat 2020-ci ildə edilmişdi. Nəticədə Qualcomm-un yeni desktop prosessorunun həqiqətən də Apple M seriyası ilə rəqabət apara bilib-bilməyəcəyini zaman göstərəcək.
    Paylaş
    Bənzər xəbərlər