main-post-cover

    Qualcomm-un yeni texnologiyası AR funksiyaları rahat şəkildə Android-ə inteqrasiya etməyə imkan verəcək

    Elm & Texnologiya
    01.06.2023
    Farid Pardashunas
        Qualcomm şirkəti AR texnologiyalara həsr edilmiş konfrans çərçivəsində özünün bu sahə ilə bağlı hazırlanan yeni texnologiyalarından və böyük partnyorları ilə əməkdaşlıq vasitəsilə AR/VR sahəsinin inkişaf etdirilməsi planlarından danışıb. Şirkət konfrans çərçivəsində Dual Render Fusion adlı texnologiyasını təqdim edib. Bu, Snapdragon Spaces adlı platforma çərçivəsində AR eynəklər ilə smartfonları birləşdirən proqram təminatının bir hissəsidir.
        Bu texnologiya proqram təminatı tərtibatçılarına AR funksiyaları artıq hazır Android tətbiqlərə rahat şəkildə inteqrasiya etməyə imkan verəcək. Qualcomm prosessoru vasitəsilə çalışan və bu yeni texnologiyanın dəstəyinə sahib cihazlardan biri də OPPO şirkətinin qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazı olacaq. Qualcomm həmçinin bildirib ki, o, Google Samsung ilə birlikdə yeni nəsil MR eynək üzərində çalışır. Hazırlanan yeni nəsil MR eynəyin texniki imkanları barəsində məlumat verilməyib. Gözləntilərə əsasən cihaz barəsində məlumatlar gələn il təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər