
Qualcomm və Google iş birliyi: Android P(9.0) xüsusi olaraq optimizasiya ediləcək
Elm & Texnologiya
12.05.2018
Bildiyimiz kimi Google hal-hazırda Android P (9.0) üzərində işləyir. Son illərdə yaşanan bəzi hadisələr səbəbi ilə təhlükəsizlik protokollarını artdıran Google artıq OEM şirkətlərdən hər ay təhlükəsizlik yenilənmələrini telefonlara göndərməsini tələb edir. Saf Android işlədən modellər və Samsung kimi şirkətlər bunu hər ay etsə də, HTC, Sony kimi şirkətlər etmir. Bu səbəbdən təhlükəsizlik yenilənmələrinin sürətli olaraq hazırlanması üçün Qualcomm şirkəti ilə çalışaraq çipsetləri buna hazır vəziyyətə gətirməyi planlayırlar.
Google və Qualcomm yeni Snapdragon 845, 660 və 636 çipsetləri üçün Android P-ni xüsusi olaraq optimizasiya edəcək.
Yəni bu o deməkdir ki, Snapdragon 845, 660 və 636 işlədən telefonlara Android P versiyası üçün hər ay təhlükəsizlik yenilənmələri daha sürətli şəkildə göndəriləcək. Qualcomm rəsmilərinin dediklərinə görə, Google ilə birliktə işləmək onlar üçün ayrı bir şans hesab edilir. Çünki mobil bazarda Snapdragon çipsetli bir çox android telefon var və iş birliyi hər 2 tərəf üçün də müsbət nəticələr göstərəcək.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...