main-post-cover

    QWERTY klaviaturalı BlackBerry KEY2 LE smartfonu təqdim olundu

    Elm & Texnologiya
    31.08.2018
    Farid Pardashunas
        Bu ilin İyun ayının əvvəlində BlackBerry şirkəti QWERTY klaviaturaya sahib KEY2 smartfonunu təqdim etmişdi. İndi isə şirkət bu smartfonun sadələşdirilmiş versiyası olan BlackBerry KEY2 LE modelini təqdim etdi. Sadələşdirilmiş versiya 3:2 nisbətində 1620x1080 piksel keyfiyyətli 4.5 inç IPS ekrana sahibdir. Ekran həmçinin Gorilla Glass qoruyucu şüşə ilə örtülüb. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 636 prosessoru, 4 GB RAM, 32/64 GB daxili yaddaş (microSD dəstəyi), 13 MP + 5 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

        Arxa kamera vasitəsilə həmçinin 4K keyfiyyətində videoların çəkilməsi də mümkündür. QWERTY klaviaturadakı Space düyməsi həmçinin barmaq izi skanı texnologiyasına sahibdir. Smartfon Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Smartfonun satış tarixi açıqlanmasa da qiyməti məlumdur. Beləliklə 32 GB daxili yaddaşa sahib versiya 400 avro, 64 GB daxili yaddaşa sahib versiya isə 450 avro qiymətinə satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər