QWERTY klaviaturalı müasir smartfon: BlackBerry KEY2 təqdim olundu
Elm & Texnologiya
08.06.2018
Farid Pardashunas
Müasir smartfonlarda böyük ekran
trendinə baxmayaraq BlackBerry brendi Çinin TCL şirkətinin rəhbərliyi altında
fiziki QWERTY klaviaturalı smartfonları istehsal etməkdə davam edir. Təqdim
olunmuş yeni BlackBerry KEY2 smartfonu müasir trendlərlə müqayisədə 1620x1080
piksel keyfiyyətli 4.5 inç IPS ekranla təchiz olunub. Ekran həmçinin Gorilla
Glass 3 qoruyucu şüşə ilə əhatə polunub. Korpusun əsas çərçivələri alüminium,
arxa paneli isə Soft-touch plastikindən hazırlanıb. Şirkət həmdə smartfonda olan
QWERTY klaviaturanı da təkmilləşdirib. Belə ki, düymələr arasındakı məsafələri və mətn
yazan zaman onları klikləmək üçün rahatlığın təmin olunması baxımından
hündürlükləri böyüdülüb.
Barmaq izi skanı texnologiyası klaviaturanın “Space”
düyməsinə inteqrasiya olunub. KEY2 modeli BackBerry smartfonları arasında ilk
cihazdır ki, ikili arxa kamera ilə təchiz olunub. Smartfon 12 MP +12 MP ikili
arxa kameraya sahibdir. İkinci kamera portret rejimi və təsvirin optik zoom-u
üçün istifadə olunur. Smartfon həmdə 8 MP-lik ön kameraya da sahibdir. Texniki
göstəricilərə gəldikdə isə KEY2 8 nüvəli Snapdragon 660 prosessoru, 6 GB RAM,
64/128 GB daxili yaddaş (microSD dəstəkli), 3500 mAh enerji tutumlu batareya və
USB Type-C girişi ilə təchiz olunub. BlackBerry KEY2 Android 8.1 Oreo əməliyyat
sistemi vasitəsilə çalışır. Lakin şirkət söz verib ki, gələcəkdə smartfon
Android P-yə kimi yenilənəcək. Smartfonun satışlarına bu ay start verilir və
onun qiyməti 649$ təşkil edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)