Logo
    main-post-cover

    "Qızıl Gül Qızılı" rəngli Galaxy S7 və Galaxy S7 EDGE satışa çıxır!

    Samsungun bu ilki, iki flaqman üzü olan Galaxy S7 və Galaxy S7 Edge-ə daha bir rəng seçimi əlavə olundu.

    Samsungun Mobil Dünya Konfransında 3 rəngdə (qara, gümüşü, qızılı) təqdim etdiyi iki flaqman modeli Galaxy S7 və S7 Edge növbəti rəng seçimi rəsmən əlavə olunub. "Çəhrayı qızılı" rəngi adlanan bu model belə adlandırılmasına baxmayaraq rəng olaraq iPhonelarda gördüyümüz "Rose Gold"dan elə də fərqlənmir. İlkin olaraq Hollandiya və Fillandiyada satışa çıxacaq bu model xüsusilə xanımların diqqətini cəlb edəcəkmiş kimi görünür. Hər halda "cəhrayı rəngli telefon istifadə edən kişi" anlayışı biraz qəribə səslənir. Azərbaycanda bu modelin satışa çıxıb çıxmayacağı ilə bağlı məlumat yoxdur. Rəng seçimi əlavə etməklə də rəqibi Apple-dan geri qalmayan Samsung, görünür hələ bir müddət Apple-ın izini davam etdirməklə məşğul olacaq. Son olaraq Galaxy C seriyasının telefonlarının arxa hissələrində olan anten cizgiləri xeyli söz söhbətə səbəb olmuşdu. 
    Paylaş
    Bənzər xəbərlər