Logo
    Razer Phone 2 gamer smartfonu Geekbench testindən keçdi

    Razer Phone 2 gamer smartfonu Geekbench testindən keçdi

      Yay fəslində Razer şirkəti Razer Phone 2 gamer smartfonu üzərində çalışdığını təsdiqləmişdi. Geekbench bençmark saytındakı məlumatlara əsasən şirkət artıq sözügedən smartfonun prototipini test edir. Razer Phone 2 bu ilki gözləntilərə əsasən flaqman özəlliklərə sahibdir. Beləliklə smartfon 8 nüvəli Snapdragon 845 prosessoru və 8 GB RAM ilə təchiz olunub. Geekbench-də testdən keçmiş versiya Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Lakin satışa çıxdığı vaxtda smartfon birbaşa Android 9.0 Pie əməliyyat sisteminə sahib ola bilər. Geekbench nəticələrinə əsasən Razer Phone 2 birnüvəli testdə 2026 xal, çoxnüvəli testdə isə 8234 xal toplayıb. Hal hazırda olan məlumatlara əsasən Razer Phone 2 bu ilin sonunadək satışa çıxacaq. Smartfon Xiaomi Black SharkASUS ROG Phone smartfonları ilə rəqabət apara bilər.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...