main-post-cover

    Razer Phone haqqında məlumatlar təqdimatdan bir gün öncə sızdırıldı

    Elm & Texnologiya
    31.10.2017
    Farid Pardashunas
    Təqdimatdan bir gün öncə “Razer” şirkətinin ilk smartfonu haqqında məlumatlar qısa müddətlik Britaniyanın 3G UK adlı mobil operatorunun saytında peyda oldu.

    Smartfonun görüntüsü ilə yanaşı həmçinin onun əsas texniki göstəriciləri də əks olunmuşdu. Beləliklə smartfon 120 GHz tezlikli 5.72 inç IGZO ekran, Dolby ATMOS geniş səs keyfiyyətli ön səsgücləndiricilər, 8 GB RAM, 64 GB daxili yaddaş, Quick Charge 4.0+ özəllikli 4000 mAh enerji tutumlu batareya, biri f/1.75 diafraqmalı 12 MP, digəri isə f/2.6 diafraqmalı 13 MP olmaqla ikili arxa kamera ilə təchiz olunacaq. Daha öncəki sızdırılmış məlumatlara əsasən smartfon həmçinin 8 nüvəli Snapdragon 835 prosessoruna və 7 MP-lik ön kameraya sahib olacaq və Androdi 7.1.1 Nougat əməliyyat sistemi vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, şirkətin ilk smartfonu bugün təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər