
"Razer" şirkəti 3 ekranlı və möhtəşəm proyektor texnologiyalı noutbooku təqdim etdi (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
CES 2017 tədbirində noutbooklar cəhətdən hər şey gözlənilən kimi oldu.
Bir çox şirkətlər, Intel Kaby Lake prosessorları əsasında öz
yeni və güclü notbook modellərini təqdim etdilər. Lakin onların arasında "Razer”
şirkəti həqiqətən də təəccübləndirməyi bacardı. Belə ki, şirkət, tədbir çərçivəsində
3 ədəd 4K ekrana sahib noutbookun prototipini təqdim etdi. Sözügedən noutbookun
heç bir xarici ekranı yoxdur. Əlavə iki ekran isə noutbookun üst qapağından kənarlara
doğru açılaraq NVIDIA Surround texnologiyası sayəsində oyunlarda 180 dərəcəlik
baxış bucağını təmin edir. Kod adı Project Valerie olan yeni noutbook, yenilənmiş Razer Blade Pro modeli əsasında hazırlanıb. Hər
biri 17.3 inç olan 3 ekran birlikdə 12K görüntü keyfiyyətinə sahibdir.
Noutbookun daxilində çox güclü NVIDIA GeForce 1080 model videokart yerləşir.
İki əlavə ekran sayəsində noutbookun qalınlığı 38.1 mm təşkil edir.
Hələki yeni model prototipdir. Şirkətin gələcəkdə noutbooku
kütləvi istehsalata verməsi hələki bilinmir. Tədbir zamanı noutbooku incələmiş
insanların məlumatlarına əsasən yeni model, iş zamanı yüksək səviyyədə qızır. "Razer”in
yeni noutbooku, Chroma adlı proyektor ilə təchiz olunub. Həmin 4K proyektor
vasitəsilə televizor və ya kompüter ekranına sığmayan istənilən görüntünü
divarda əks etdirmək olar. Həmçinin 155 dərəcə baxış bucaqlı kamera, ətraf
mühiti incələyir və otaqdakı mebellərin xüsusiyyətlərini nəzərə alaraq əks
etdirilən görüntünü ona görə tənzimləyir. Sözügedən Chroma texnologiyası şirkətin
digər məhsullarında da istifadə olunacaq.
Paylaş
Bənzər xəbərlər