
Real zaman ərzində istifadəçi bədəninin tam 3D modelini yarada bilən qolbaq hazırlanıb
Elm & Texnologiya
14.11.2022
Emil
Kornell Universitetinin mütəxəssisləri BodyTrack adlı texnoloji qolbaq hazırlayıblar. Sözügedən qolbaq bir ədəd kamera və süni zəka sistemi vasitəsilə real zaman ərzində istifadəçinin 3D modelini yarada bilir. Qolbaq tərəfindən yaradılan 3D modeldə sadəcə bir neçə sm-lik səhv ola bilər. İstifadəçinin 3D modelini yaratmaq üçün BodyTrack qolbağına sadəcə olaraq qəpik ölçüsündə bir ədəd RGB kamera və ayarlana bilən süni zəka sistemi lazımdır. Bunlardan istifadə edərək qolbaq hərəkətdə olan istifadəçi bədəninin fotoları ilə siluetlərindən real zaman ərzində bədənin 14 pozada 3D modelini yarada bilir.
.png)
Bu cür texnologiya növbəti nəsil motion capture sistemlərində istifadə edilə bilər. BodyTrack qolbağı istifadəçilərin bədənlərinin 3D modellərini ortalama 6.9 sm-lik səhvlə yaradır. Bu isə elə də ciddi bir göstərici deyil. Bu texnologiya onu sübut edir ki, istifadəçi bədəninin tam şəkildə virtual rekonstruksiyası üçün bədənin bütöv şəkildə kameralara görünməsinə ehtiyac yoxdur. Bu, istifadəçinin hərəkət zonasını məhdudlaşdırmayan rahat texnologiyadır. Bu qolbaq, virtual və artırılmış reallıq texnologiyalarında, idman və tibbi tətbiqlərdə istifadəçinin fiziki aktivliyinin monitorinqində istifadə edilə bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
