main-post-cover

    Realistik üz mimikalarına sahib Ameca adlı robot sərgilənib (VİDEO)

    Elm & Texnologiya
    05.12.2021
    Farid Pardashunas
        İnsana bənzəyən robotlar bazarda artıq yeni bir şey hesab edilmir. Məsələn məşhur Boston Dynamics şirkəti özünün Atlas adlı 2 ayaqlı robotuna rəqs etməyi və akrobatik hərəkətləri reallaşdırmağı öyrədib. Lakin Böyük Britaniyanın Engineered Arts adlı şirkəti öz robotunun yaradılması zamanı əsas diqqəti onun insana daha çox bənzəməsinə ayırıb. Ameca adını əldə etmiş robot müxtəlif emosiyaların daha realistik şəkildə təqdim etməsi və digər robotlarla müqayisədə daha təbii hərəkətləri reallaşdırması ilə marağı cəlb edir. Şirkət öz robotunu qısa videoda sərgiləyib.
        Robotun mexaniki detallar şəklində və üzərində az miqdarda süni dərinin olmasına baxmayaraq o, müxtəlif mimika özəllikləri və daha yüksək hamarlılığa sahib hərəkətləri hesabına çox realistik görünür. Təqdim edilmiş qısa videoda sözügedən robot təəccüblü şəkildə ətrafa baxır, öz əllərini izləyir və ifadəli şəkildə operatora nəzər yetirir. Şirkət bildirib ki, Ameca süni zəka funksiyalarına sahib deyil və faktiki olaraq metal gövdə daxilində olan çat-botu xatırladır. Məsələn istifadəçilər bu robotu bir növ messencer kimi istifadə edərək uzaqdan ünsiyyət qura bilərlər. Sözügedən robotun kommersiya məqsədli istehsalının nə zaman başlayacağı və onun hansı qiymətə satılacağı barəsində məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər