main-post-cover

    Rəcəb Tayyib Ərdoğan Türkiyədə Uber'in fəaliyyətini qadağan etdi

    Elm & Texnologiya
    02.06.2018
    Farid Pardashunas
        Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan məşhur taksi servisi olan Uber-in ölkədə fəaliyyətini qadağan etdi və yerli taksi sisteminə dəstəyini açıqladı. “Türkiyədə olan Uber biznesinə son qoyuldu. O artıq yoxdur” – deyə prezident bildirib. Türkiyə lideri onu da bildirib ki, ölkədə artıq yerli taksi sistemi fəaliyyət göstərir və özəl avtomobil sisteminin türkiyəli taksistlərin biznesini məhv etməyə heç kim icazə verməyəcək. Qeyd etmək lazımdır ki, Uber Türkiyədə 2014-cü ildə fəaliyyətə başlayıb.
        Fəaliyyətə başladığı vaxtdan bəri həmin servis sağlam rəqabətin olmaması səbəbinin gətirilərək yerli taksistlər tərəfindən bir çox narazılıqlar ilə qarşılaşıb. Hal hazırki məlumatlara əsasən Türkiyədə 5000 Uber sürücüsü çalışırdı. Ümumilikdə isə Türkiyənin paytaxtı Ankarada rəsmi qeydiyyatda 17.000 sarı taksi avtomobilləri var və onlar yerli nəqliyyat infrastrukturunun əsas sistemlərindən biri hesab olunur. Bir çoxlarının fikrincə isə yerli taksi sistemləri yüksək qiymət müqabilində aşağı keyfiyyətli xidmət göstərirlər. Qeyd etmək lazımdır ki, Uber həmçinin Danimarka, Bolqarıstan və Macarıstan da qadağan olunub. Taksi servisi üstəlik Fransa, Almaniya və İtaliya kimi ölkələrdə məhdudlaşdırılıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər