Logo
    main-post-cover

    Red Bull şirkəti Formula-1 mühəndisləri ilə birlikdə elektrikli off-road skuter hazırlayıb - QİYMƏTİ

    Elm & Texnologiya
    09.11.2022
    Emil
        Red Bull şirkəti Formula-1 mühəndisləri ilə birlikdə elektrikli off-road skuter hazırlayıb. Red Bull RBS 01 adlı elektrikli off-road skuter kobud səthə sahib yollarda hərəkət etmək üçün nəzərdə tutulub. Məlumatda qeyd edilib ki, sözügedən layihə 2 il ərzində hazırlanıb və ona Red Bull ilə Formula-1 mühəndisləri rəhbərlik ediblər. Satış qiymətindən əlavə olaraq bu elektrikli off-road skuter öz texniki göstəriciləri ilə də təəccübləndirir. Layihədə Formula-1 mühəndislərinin iştirak etməsinə baxmayaraq Red Bull dünyanın ən sürətli elektrikli skuterini yaratmağı planlaşdırmırdı. Bunun yerinə şirkət əsas diqqətini skuterin müxtəlif ərazilərdən keçə bilmə bacarığına, idarə olunma sisteminə və dözümlülüyünə ayırıb.
        Buna görə də skuterin çərçivəsi karbon lifindən hazırlanıb və 11 düym ölçülü iki ədəd təkər ilə təchiz olunub. Təkərlər həmçinin yumşaq rezin materiala sahibdirlər. Mühəndislərin sözlərinə əsasən yumşaq rezin material skuteri yola sanki kley kimi yapışdırır və bu da öz növbəsində onun idarəsini daha da sadələşdirir. Skuter 750 vatt gücündə olan mühərrik ilə təchiz olunub. Onun sayəsində skuter saatda 45 km sürət yığa bilir. Skuterin sahib olduğu batareya həcmi isə 760 vatt saat təşkil edir. Red Bull RBS 01 bir dəfə şarj olunandan sonra 60 km yol qətt edə bilir. Bu elektrikli off-road skuterin ön sifarişlərinə artıq start verilib. Skuter 6000$ qiymətində satılır və ilk alıcılar onu gələn ilin yay fəslində əldə edəcəklər.
    Paylaş
    Bənzər xəbərlər