
Reddit nəhayət mobil cihazlara gəlir
Elm & Texnologiya
07.05.2017
Farid
Rəsmi Reddit tətbiqi Android və iOS platformaları üçün tezliklə yayımlanacaq.
Dünyanın ən böyük platformalarından biri olan Reddit, maraqla gözlənilən rəsmi mobil tətbiq haqqında açıqlama verib.
Uzun müddətdir səbirsizliklə gözlənilən rəsmi Reddit tətbiqi iOS və Android üçün hazırlanır. Facebook vasitəsilə verilən açıqlamada Reddit'in tezliklə Android və iOS üçün rəsmi tətbiq yayımlayacağı deyilir. Tətbiq haqqında ətraflı məlumat verilməsə də, istifadəçilərin veb versiyada faydalandığı bütün xidmətlərin tətbiqdə də olacağı gözlənilir. Hal-hazırda mobil cihazlarda qeyri-rəsmi tətbiqlər vasitəsilə Reddit'dən faydalanmaq mümkün olsa da, rəsmi tətbiqə maraq şübhəsiz daha çox olacaq.
Paylaş
Bənzər xəbərlər