main-post-cover

    Reddit platforması yeni investisiya raundu nəticəsində 3 milyard dollar bazar dəyəri əldə edə bilər

    Elm & Texnologiya
    06.02.2019
    Farid Pardashunas
        Məşhur Reddit platforması yeni D investisiya raundu çərçivəsində 150 milyondan 300 milyon dollara kimi investisiya cəlb etməyi planlaşdırır. Bu barədə Techcrunch saytı xəbər verib. Məlumata əasən D investisiya raundunun əsas investoru qismində Tencent şirkəti çıxış edəcək. Reddit ilə Tencent-in təmsilçiləri bu məsələ ilə bağlı fikir bildirməkdən imtina ediblər.
        Məlumata əsasən investisiyadan öncəki bazar dəyərləndirməsi məsələsində Reddit-in qiyməti 2.7 milyard dollar təşkil edəcək. İnvestisiya nəticəsində isə platformanın bazar dəyərinin 3 milyard dollara kimi yüksələcəyi gözlənilir. 2017-ci ilin iyul ayında baş tutmuş sonuncu investisiya raundunda Reddit 200 milyon dollar investisiya əldə etmişdi və onun bazar dəyəri 1.8 milyard dollar təşkil etmişdi. Qeyd etmək lazımdır ki, Reddit platforması 2005-ci ildə təsis edilib. Onun aylıq aktiv istifadəçi kütləsi isə 330 milyon istifadəçidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər