main-post-cover

    Redmi 7 smartfonu rəsmi olaraq təqdim olundu

    Elm & Texnologiya
    18.03.2019
    Farid Pardashunas
        Xiaomi şirkətinin müstəqil brendi olan Redmi özünün növbəti smartfon modeli olan Redmi 7-ni təqdim etdi. Beləliklə Redmi 7 modeli 19:9 nisbətli HD+ keyfiyyətli 6.26 düym IPS ekrana sahibdir. Smartfonun ekranı həmçinin qoruyucu göy rəng filtri də əldə edib. Bunun sayəsində istifadəçinin gözləri az yorulur. Smartfonun ön kamerası üçün ekran üzərində damcı formalı çıxıntı hissə yerləşdirilib. Ekran matrisasının özü isə smartfonun ön panelinin 80%-ni əhatə edir.

        Əsas texniki göstəricilərə gəldikdə isə Redmi 7 modeli 8 nüvəli Snapdragon 632 prosessoru, Adreno 506 qrafik sürətləndirici, 2/3/4 GB RAM, 16/32/64 GB daxili yaddaş həcmi (256 GB-a kimi microSD dəstəkli), 12 MP (f/2.2 diafraqmalı) + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

        Smartfonun hər iki kamerası süni zəka texnlogiyasının dəstəyini əldə edib. Beləliklə onlar çəkilmiş fotoların keyfiyyətılərini avtomatik şəkildə yaxşılaşdıra bilirlər. Smartfonun arxa panelində həmçinin barmaq izi skanı texnologiyası yerləşir və smartfonun özündə 3.5 mm-lik audiogiriş hissəsi var. Redmi 7 MIUI 10 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Redmi 7 26 mart tarixində Çində satışa çıxacaq. 2 GB RAM və 16 GB daxili yaddaşa sahib versiya 104$-a, 3 GB RAM və 32 GB daxili yaddaşa sahib versiya 119$-a, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya isə 148$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər