main-post-cover

    Redmi 7 smartfonunun fotosu və texniki göstəriciləri ortaya çıxdı

    Elm & Texnologiya
    05.03.2019
    Farid Pardashunas
        Çinin sertifikatlaşdırma agentliyi olan TENAA hələ təqdim edilməmiş Redmi 7 smartfonunun fotosunu və texniki özəlliklərini təqdim edib. Bu barədə Mysmartprice saytı xəbər verib. Təqdim olunmuş fotodakı Redmi 7 smartfonu qradient rəngə sahibdir. Xarici görnüşcə o, Redmi Note 7-yə bənzəyir. Belə ki, Redmi 7 modeli də genişformatlı ekran (ekran üzərində damcı formasında çıxıntı hissəli), şaquli şəkildə yerləşdirilmiş ikili arxa kamera və arxa paneldə yerləşdirilmiş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq.

        TENAA sertifikatlaşdırma agentliyinin təqdim etdiyi məlumatlara əsasən Redmi 7 smartfonu 19:9 nisbətli 1520x720 piksel keyfiyyətli 6.26 düym IPS ekran, 1.8 GHz tezlikli prosessor (çox güman ki, Snapdragon 400 seriyasından olan prosessor modeli), 2/3/4 GB RAM, 16/32/64 GB daxili yaddaş həcmi, 12 MP-lik ikili arxa kamera, 8 MP-lik ön kamera və 3900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfon 8 rəng variantında satışa çıxacaq: Black, Red, Blue, Pink, White, Green, PurpleGrey. Smartfonun təqdimatı bu ay üçün gözlənilir. Onun qiyməti isə 150$-dan baha olmamalıdır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər