Redmi brendi 11 fevral tarixində yeni məhsullarını təqdim edəcək

Redmi brendi 11 fevral tarixində yeni məhsullarını təqdim edəcək

Texnologiya
06.02.2020 PAYLAŞIM

    Xiaomi şirkətinin Hindistan üzrə şöbəsinin rəhbəri Manu Kumar Jain, Redmi brendinin yeni məhsullarının təqdimat tarixini açıqlayıb. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə təqdim edilmiş rəsmi posterə əsasən Redmi brendinin yeni məhsullarının təqdimatı 11 fevral tarixində baş tutacaq. Qeyd etmək lazımdır ki, həmin gündə Samsung şirkəti həmçinin özünün yeni Galaxy S20 flaqman smartfon seriyasını təqdim edəcək. Redmi-nin 11 fevral tarixindəki təqdimat tədbirinin əsas diqqəti yeni büdcəli smartfona ayrılacaq.


    Gözləntilərə əsasən bu, Redmi 9A modeli olacaq. Smartfonun ikili arxa kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı güman edilir. Onun barəsində digər bir məlumat yoxdur. Redmi 9A-dan əlavə olaraq tədbirdə daha bir məhsulun təqdimatını gözləmək lazımdır. Lakin həmin məhsulun nə olacağı bilinmir. Rəsmi tizer posterinə əsasən həmin məhsul Redmi brendinin tamamilə yeni kateqoriyalı məhsulu olacaq. Söhbət, powerbank-dan və ya routerdən gedə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avtomobillər üçün yeni prosessorların yaradılması məqsədilə Samsung Tesla ilə əm..

Cənubi Koreyanın kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən gələcəkdəki tam avtono..


Mütəxəssislər məşhur rəsm əsərini 10 GP (giqapiksel) keyfiyyətində rəqəmsallaşdı..

“Mirvari sırğalı qız” tablosu ən məşhur sənət əsərlərindən biridir. Bu tablo sənətşünasların və adi ..


Xiaomi Mi Band 6 smart qolbağının sahib olacağı özəlliklər barədə məlumatlar ver..

Xiaomi şirkəti özünün Mi Band smart qolbaq seriyasını yeniləmək üzrədir. Belə ki, internetdə Mi Band..


Mütəxəssislər zibilliyə atılan smartfonların ümumi dəyərini hesablayıblar..

Statistikaya əsasən hər il 150 milyona yaxın mobil telefon tullantıya çevrilir. Bu isə milyardlarla ..


Google şirkəti Chromium əsaslı kənar brauzerlərin funksiyalarını məhdudlaşdıraca..

Brauzerlərin yaradılması üçün nəzərdə tutulmuş ən məşhur mühərriklərdən biri Chromium-dur...


Apple şirkəti VR cihaz üzərində çalışır: Bu VR cihaz nə zaman təqdim oluna bilər..

Apple öz VR cihazı vasitəsilə Facebook-un Oculus, Sony-nin Playstation VR və HTC-nin VR cihazları il..

×