main-post-cover

    Redmi brendi 300 vatt gücündə yüksək sürətli şarj texnologiyasını təqdim edib (VİDEO)

    Elm & Texnologiya
    28.02.2023
    Farid Pardashunas
        Xiaomi-yə məxsus olan Redmi brendi keçən ilin oktyabr ayında Redmi Note 12 Racing smartfonunu təqdim etmişdi. Bu smartfonun əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, 210 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahibdir. İndi isə Redmi brendi daha yüksək sürətli şarj texnologiyasını anons edib. Söhbət 300 vatt gücündə olan yüksək sürətli şarj texnologiyasından gedir. Redmi-nin verdiyi məlumata əsasən 300 vatt gücündə olan yüksək sürətli şarj texnologiyası 50 ədəd təhlükəsizlik protokoluna sahibdir.
        O, 4100 mAh enerji tutumlu batareyanı 2 dəqiqə 11 saniyə ərzində 50% enerji ilə təmin edə bilir. Bu cür batareya həcmini 100%-lik enerji ilə təmin etmək üçün isə 5 dəqiqə vaxt lazımdır. Redmi hətta bu yeni yüksək sürətli şarj texnologiyasını xüsusi videoda da sərgiləyib. Təqdim edilmiş videoda Redmi Note 12-nin Discovery kod adına sahib xüsusi versiyasından istifadə edilib. Bazarda 300 vatt gücündə olan yüksək sürətli şarj texnologiyasına sahib ilk smartfonun nə zaman satışa çıxacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər