Logo
    main-post-cover

    Redmi brendi A27Q adlı yeni monitorunu təqdim edib - QİYMƏTİ

        May ayının sonunda Redmi brendi A27 adlı büdcəli monitorunu təqdim etmişdi. İndi isə onun bir qədər bahalı versiyası təqdim edilib. Monitorun yeni versiyası Redmi A27Q adını əldə edib. O, 75 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD keyfiyyətli 27 düym IPS ekran ilə təchiz olunub. Ekran HDR10 dəstəyini əldə edib və sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. Redmi A27Q-nün əsas özəlliklərindən biri də USB-C girişi vasitəsilə sürətli şarj texnologiyasıdır. Onun vasitəsilə istifadəçi öz noutbukunu şarj edə bilər. Bu halda ötürüləcək cərəyan gücü isə 65 vatt təşkil edəcək. Redmi A27Q monitoru həmçinin özündə USB-A, HDMI DisplayPort 1.4 girişlərini birləşdirir. O artıq satışa çıxıb və hələ ki, yalnız Çin bazarında satılır. Redmi A27Q-nün Çin bazarındakı qiyməti isə 120$ təşkil edir.
    Paylaş
    Bənzər xəbərlər