main-post-cover

    Redmi brendi aşağı qiymətə sahib 5G smartfonu satışa çıxardacaq

    Elm & Texnologiya
    28.06.2019
    Farid Pardashunas
        5G şəbəkəsinin bütün dünya üzrə istifadəyə verilməsi ilə birlikdə smartfon istehsalçıları da 5G smartfonları satışa çıxartmağa başlayıblar. Lakin bu cür smartfonların qiymətləri onların 4G analoqlarından daha bahalıdır. Bu ilin fevral ayında 599 avro qiymətində Xiaomi Mi Mix 3 5G smartfonunu satışa çıxartmış Xiaomi şirkəti artıq gələn ildə 5G smartfonları daha əlçatan edəcəyinə söz verib. Bu barədə Androidauthority saytına istinadən 4pda saytı xəbər verib.
        Çində 5G şəbəkəsinin istifadəyə verilməsi münasibətilə Şanxayda baş tutmuş konfrans çərçivəsində çıxış etmiş Redmi brendinin rəhbəri Lu Weibing bir sıra vacib açıqlamalar verib. Onun sözlərinə əsasən artıq gələn ilin sonuna kimi Çinin bütün şəhər və kəndlərində 5G internet istifadəyə veriləcək.
        O əmindir ki, yeni nəsil internet şəbəkəsi istifadəçilər üçün yeni imkanlar yaradacaq. “Əgər 4G həyatları dəyişirdisə, 5G cəmiyyəti dəyişəcək” - deyə Lu Weibing öz çıxışı zamanı bildirib. O həmçinin qeyd edib ki, 5G smartfonlarının qiymətləri sürətli şəkildə aşağı düşməyə başlayacaqlar. O söz verib ki, artıq gələn ilin ikinci yarısında Redmi brendi 2000 yuan (290$) qiymətində satılacaq 5G dəstəkli smartfonu satışa çıxartmağı planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər