main-post-cover

    Redmi brendi özünün RedmiBook 14 adlı noutbuk modelini təqdim edib

    Elm & Texnologiya
    28.05.2019
    Emil Nəcəfov
        Redmi K20 smartfon modellərindən əlavə olaraq Redmi brendi həmçinin özünün RedmiBook 14 adlı noutbuk modelini də təqdim edib. Təqdimat zamanı bu noutbuku Apple şirkətinin MacBook Air (2019) modeli ilə müqayisə ediblər. Təbii ki, Redmi brendinin məhsulu Apple şirkətinin məhsulundan daha ucuzdur. Beləliklə RedmiBook 14 noutbuku kompakt metal gövdəyə sahibdir. Gövdənin qalınlığı 17.95 mm, noutbukun öz ağırlığı isə 1.5 kq təşkil edir.

        Adından da bəlli olduğu kimi RedmiBook nazik çərçivələrə sahib Full HD keyfiyyətli 14 düym ekran ilə təchiz olunub. Noutbuk həmçinin özündə rəqəmsal bloksuz klaviaturanı və böyük ölçüdə olan touchpad-ı birləşdirir. Xiaomi-nin digər noutbuk modelləri kimi RedmiBook 14 də minimalistik dizaynda reallaşdırılıb. Noutbuk bir neçə versiyada təqdim olunur. Intel Core i5-8265U prosessorlu və Core i7-8565U prosessorlu.

        Bununla yanaşı RedmiBook 14 2 GB videoyaddaşlı NVIDIA GeForce MX250 videokartına, 2400 MHz tezlikli DDR4 formatlı 8 GB-lıq RAM-a və 256/512 GB SSD yaddaş həcminə sahibdir. Bütün bunlardan əlavə olaraq noutbukda USB 2.0, iki ədəd USB 3.0HDMI girişləri və audiogiriş var. Beləliklə Intel Core i5 prosessorlu və 256 GB daxili yaddaşlı model 579$-a, Intel Core i5 prosessorlu və 512 GB SSD daxili yaddaşlı model 622$-a, Intel Core i7 prosessorlu və 512 GB SSD daxili yaddaşlı model isə 723$-a satılacaq.
    Linki kopyala