main-post-cover

    Redmi brendinin flaqman smartfonu barəsində yeni məlumat verildi

    Elm & Texnologiya
    01.05.2019
    Emil Nəcəfov
        Redmi brendinin flaqman smartfon modeli barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edir. Redmi brendinin rəhbəri olan Lu Weibing istifadəçilərə bildirib ki, Redmi-nin ilk flaqman smartfon modeli ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə təchiz olunmayacaq. Bu barədə Gagadget saytı xəbər verib. Bunun yerinə smartfonda adi barmaq izi skanı texnologiyası olacaq. Çox güman ki, həmin texnologiya smartfonun arxa panelində yerləşəcək.
        Məsələ burasındadır ki, şirkət sözügedən smartfonun istehsalat xərcini bacardığı qədər aşağı salmağa çalışır. Ekrana inteqrasiya edilən barmaq izi skanı texnologiyası isə heç də ucuz bir texnologiya deyil. Həmin texnologiiyanı əsasən bahalı smartfonlara quraşdırırlar. Lakin Oppo K1, Galaxy A50Xiaomi Mi9 SE modelləri kimi istisnalar mövcuddur.
        Qeyd etmək lazımdır ki, Redmi brendinin flaqman smartfon modeli Snapdragon 855 prosessoru əsasında çalışacaq və smartfon gövdəsinin yuxarı hissəsinin daxilinə yerləşdirilmiş 32 MP-lik ön kamera ilə təchiz olunacaq. Bundan əlavə olaraq smartfon 48 MP-lik üçlü arxa kameraya, 4000 mAh enerji tutumlu batareyaya, Google Pay ödənişləri üçün NFC modula və təqribi olaraq 370$ qiymət göstəricisinə sahib ola bilər.
    Linki kopyala