main-post-cover

    Redmi brendinin flaqman smartfonunun adı rəsmi olaraq elan olundu

    Elm & Texnologiya
    14.05.2019
    Farid Pardashunas
        Xiaomi şirkətinin müstəqil brendi kimi fəaliyyət göstərən Redmi bugün özünün flaqman smartfon modelinin necə adlanacağını rəsmi olaraq elan etdi. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə yeni smartfon modeli bazara K20 K20 Pro adları ilə satışa çıxacaq. Redmi brendinin rəhbəri olan Lu Weibing-in sözlərinə əsasən smartfon adındakı K hərfi Killer sözünü ifadə edir. Bu isə öz növbəsində smartfonun münasib qiymət göstəricisinə və flaqman özəlliklərə sahib olacağından xəbər verir.
        Son məlumatlara əsasən sözügedən iki smartfon modeli öz aralarında prosessor modellərinə görə fərqlənəcək. Belə ki, Redmi K20 modeli Snapdragon 730 prosessoru, K20 Pro modeli isə Snapdragon 855 prosessoru ilə təchiz olunacaq. Smartfonların digər göstəriciləri isə eyni olaraq qalacaqlar.

        Redmi brendinin ilk flaqman modeli 6.39 düym AMOLED ekran, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası, 6/8 GB RAM, 48 MP-lik üçlü arxa kamera, smartfon gövdəsinin yuxarı hissəsinin daxilinə yerləşdirilmiş ön kamera, 27 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya, NFC modul və USB-C girişi ilə təchiz olunmalıdır. Redmi K20 flaqman seriyasını artıq bu ay təqdim etməlidirlər. Onun güman olunan qiymət göstəricisi isə 400$-dan aşağıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər