main-post-cover

    Redmi brendinin flaqman smartfonunun ilk videosu ortaya çıxdı

    Elm & Texnologiya
    10.04.2019
    Emil Nəcəfov
        Hələ dünən məlumat yayılmışdı ki, Redmi brendinin flaqman smartfon modeli artıq satışa çıxmağa hazırlaşır. Bugün isə artıq sözügedən smartfonun prototipinin ilk videosu yayılıb. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə videodan da görmək olar ki, smartfon genişformatlı ekran ilə təchiz olunacaq və ekran üzərində Galaxy S10-dakı kimi ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissə olacaq. Lakin Galaxy S10-dan fəqli olaraq həmin kiçik dairəvi hissə Redmi brendinin flaqman modelinin ekranının yuxarı orta hissəsində yerləşəcək.

        Smartfonun arxa panelində isə barmaq izi skanı texnologiyası və üç kamera modulu yerləşir. Təəssüflər olsun ki, smartfonun texniki göstəriciləri barəsində dəqiq məlumatlar yoxdur. Sadəcə olaraq məlumdur ki, o, 8 nüvəli Snapdragon 855 prosessoru ilə təchiz olunacaq. Smartfon artıq gələn ayın əvvəlində təqdim olunmalıdır. Smartfonun güman olunan qiyməti isə 370$-dır.
    Linki kopyala