Logo
    main-post-cover

    Redmi brendinin ilk televizor modeli Redmi TV

        Redmi brendi öz yeni Redmi Note 8 smartfon modelləri ilə yanaşı həmçinin ilk televizor modeli olan Redmi TV-ni də təqdim edib. Televizorun hələki bir modeli təqdim edilib və o, 70 düym ekrana sahibdir. Xiaomi şirkətinin bir çox məhsulları kimi bu televizor da diqqətə layiq texniki və qiymət göstəricisini təqdim edir. Bu barədə Mydrivers saytı xəbər verib. Beləliklə Redmi TV Ultra HD 4K keyfiyyətli 70 düym ekrana sahibdir. Televizorun ekranı həmçinin genişləndirilmiş dinamik diapazonu da dəstəkləyir.
        Şirkət təmsilçilərinin sözlərinə əsasən bu cür televizorun ekran sahəsi bir çox 55 düym ekranlı televizor modellərinin ekran sahələrindən 60% böyükdür. Sözügedən yeni televizor modelində kontent izlənməsi zamanı maksimal dərəcədə zövq almaq üçün ən optimal izlənmə məsafəsi 1.9-2.8 metrdir. Televizor 1.5 GHz tezlikli və 4 nüvəli Amlogic prosessoru, Mali-450 MP3 qrafik çipi, 2 GB RAM, 16 GB daxili yaddaş həcmi və 2 ədəd USB girişi ilə təchiz olunub. Televizorda həmçinin HDMI girişi, RJ-45 şəbəkə girişi, S/PDIF optik audiogirişi var. Redmi TV Dolby Audio ilə DTS-HD dəstəyinə sahibdir.
        Redmi TV-nin istifadəçi interfeysi kimi PatchWall adlı məsləhət sistemi çıxış edir. Həmin sistem Xiaomi-nin bir çox televizor modellərində mövcuddur. Bu sistemin əsas özəlliyi quraşdırılmış bütün tətbiqlər üzrə kontentlərin axtarılmasında və birbaşa televizor ekranı vasitəsilə istifadəçiyə film, serial, televiziya şouları kimi kontentlərin sürətli təqdim edilməsindədir. Redmi TV 10 sentyabr tarixində Çində 531$ qiymətində satışa çıxacaq. Televizorun digər bazarlarda satılıb-satılmayacağı barəsində hələki bir məlumat yoxdur.
    Paylaş
    Bənzər xəbərlər