main-post-cover

    Redmi brendinin Snapdragon 855 prosessorlu smartfonunun yeni real fotosu ortaya çıxdı

    Elm & Texnologiya
    24.04.2019
    Farid Pardashunas
        Redmi brendinin Snapdragon 855 prosessorlu flaqman smartfon modelinin təqdimat tarixi barəsində hələ rəsmi məlumat verilməyib. Lakin buna baxmayaraq onun yeni real fotosu ortaya çıxıb. Bu barədə Gizmochina saytına istinadən 4pda saytı xəbər verib. Maraqlısı ondadır ki, bu dəfə sözügedən smartfon Xiaomi şirkətinin general direktoru olan Lu Weibing-in əlində görülüb. Həmin foto Çinin Weibo sosial şəbəkəsində yayılıb.

        Onun əlində maraqlı smartfon modeli əks olunub və həmin smartfonun ekranında ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yoxdur. Çox güman ki, ön kamera smartfon gövdəsinin yuxarı hissəsinin daxilində yerləşdirilib. Əvvəlki məlumat və foto sızıntılarını nəzərə alsaq, güman etmək olar ki, bu, Redmi brendinin Snapdragon 855 prosessorlu flaqman smartfon modelidir.

        Bundan əlavə olaraq bir sıra mənbələrin verdikləri məlumatlara əsasən Redmi brendinin daha bir yeni smartfon modeli Snapdragon 730 prosessoru, 48 MP + 13 MP + 8 MP üçlü arxa kamera, 4000 mAh enerji tutumlu batareya və 3.5 mm-lik audiogiriş ilə təchiz olunacaq. Hələ bir neçə müddət bundan öncə Lu Weibing bildirmişdi ki, Redmi brendinin flaqman smartfon modelinin qiyməti hamını şoka salacaq. Sözügedən flaqman smartfonun təqdimat tarixi və qiyməti barəsində hələki heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər