Redmi brendinin yeni smartfonu barəsində məlumatlar verildi
Elm & Texnologiya
05.09.2019
Farid Pardashunas
Redmi Note 8 smartfon seriyasının təqdimatından sonra Redmi brendi uzunmüddətli fasilə etməyərək öz yeni smartfon seriyasının təqdimatına hazırlaşır. Belə ki, Redmi brendinin rəhbəri olan Liu Weibing şirkətin yeni smartfon modeli barəsində məlumatlar verib. Yeni smartfonda diqqəti ən çox çəkən isə onun batareya həcmi ilə qiymətidir. Bu barədə 4pda saytı xəbər verib.
Beləliklə verilmiş məlumata əsasən Redmi brendinin yeni smartfonu 720p keyfiyyətli ekran, 4 GB RAM və 64 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq. Bundan əlavə olaraq yeni smartfon barmaq izi skanı texnologiyasını da əldə edəcək. Lakin smartfonun ən diqqət çəkən tərəfi isə batareyadır. Belə ki, smartfon 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyasını dəstəkləyəcək.
Orta səviyyəli ekranı və 125$ qiymət göstəricisini nəzərə alsaq, güman etmək olar ki, bu büdcəli smartfon bir dəfə şarj olunandan sonra uzun müddət çalışa biləcək. Çox güman ki, söhbət Redmi 8 və Redmi 8A smartfon modellərindən gedir. Qiymət göstəricisi də buna işarə edir. Yeni smartfonun nə zaman təqdim olunacağı və nə zaman satışa çıxacağı barəsində bir məlumat yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!