
Redmi Buds 4 Active naqilsiz qulaqlığı təqdim edilib
Elm & Texnologiya
05.06.2023
Emil
Redmi brendi Buds 4 Active adlı yeni naqilsiz qulaqlığını təqdim edib. Təqdim edilmiş bu yeni naqilsiz qulaqlığın əsas fərqləndirici özəllikləri arasında yaxşılaşdırılmış akustika, bir dəfə şarj olunandan sonra daha uzun müddət ərzində çalışma və oyun rejimi var. Redmi-nin verdiyi məlumata əsasən hər bir qulaqlıq 12 mm-lik audio drayver ilə təchiz olunub və nəticədə onlar aşağı səs tezliklərinin dolğun səslənməsini təmin edirlər.

Qulaqlıqlar Bluetooth 5.3 texnologiyasının dəstəyinə sahibdirlər və onların gövdələri IPX4 standartı üzrə sudan qorunurlar. İdarəetmə prosesi qulaqlıqların gövdələrində olan sensorlu panellər vasitəsilə reallaşdırılır. Redmi Buds 4 Active ətraf səs-küyün aktiv boğulması funksiyasına sahibdir. Qulaqlıqlar şarj keysi ilə birlikdə ümumilikdə 28 saat ərzində çalışa bilirlər. Şarj keysi olmadan isə onlar 5 saat ərzində çalışırlar. Redmi Buds 4 Active qulaqlığının nə zaman və hansı qiymətə satılacağı barəsində məlumat daha sonra veriləcək.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
