
Redmi Buds 5 naqilsiz qulaqlığının təqdimatı anons edilib
Elm & Texnologiya
20.09.2023
Xiaomi-nin Redmi brendi artıq sabah Redmi Note 13 smartfon seriyasını təqdim edəcək. İndi isə məlum olub ki, sabahkı təqdimatda Redmi Note 13 smartfonlarından əlavə daha bir yeni məhsul da təqdim ediləcək. Söhbət, Redmi Buds 5 naqilsiz qulaqlığından gedir. Xiaomi bu məlumatı poster vasitəsilə rəsmi şəkildə təsdiqləyib. Təqdim edilmiş posterə əsasən Redmi Buds 5 naqilsiz qulaqlığı yenilənmiş xarici görünüşə sahib olacaq. Bundan əlavə olaraq qulaqlıqlar ətraf səs-küyün aktiv boğulması funksiyasına sahib olacaqlar və bu funksiya ətraf səs-küyü 46 dB-ə (desibel) kimi boğa biləcək.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...