
Redmi Buds 5 Pro naqilsiz qulaqlığının özəllikləri rəsmi şəkildə məlum olub
Elm & Texnologiya
27.11.2023
Emil
Redmi brendinin 29 noyabr tarixində Redmi K70 smartfon seriyası ilə birlikdə təqdim edəcəyi daha bir məhsul da Redmi Buds 5 Pro naqilsiz qulaqlığı olacaq. İndi isə Çinin Weibo adlı sosial şəbəkəsində sözügedən naqilsiz qulaqlıq ilə bağlı posterlər ortaya çıxıb və onlar Redmi Buds 5 Pro-nun bəzi özəlliklərini sərgiləyiblər. Beləliklə təqdim edilmiş posterlərə əsasən Redmi-nin yeni naqilsiz qulaqlığı bazara 3 gövdə rəngində satışa çıxacaq. Ağ, qara və yaşıl. Qulaqlıqlar vakuum konstruksiyasını əldə edəcəklər və xarici görünüşcə adi Redmi Buds 5-ə bənzəyəcəklər. Məlumatda qeyd edilib ki, qulaqlıqlar özlərində ətraf səs-küyün aktiv boğulması funksiyasını birləşdirəcəklər. Bu funksiya ətraf səs-küyü 52 dB-ə (desibel) kimi boğa biləcək.



Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Redmi K70 Pro-nun ekran özəllikləri məlum olub
Xiaomi-nin Redmi brendi 29 noyabr tarixində təqdim ediləcək Redmi K70 Pro smartfonu barəsində məlumatları təqdim etməyə davam edir.

Elm & Texnologiya
Xiaomi Pad 7 Pro-nun bəzi texniki özəllikləri ortaya çıxıb
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti artıq Xiaomi Pad 7 planşet seriyası üzərində çalışır.

Elm & Texnologiya
Təqdimatdan öncə Redmi Watch 4 ilə bağlı bəzi rəsmi məlumatlar təqdim edilib
Keçən həftə Redmi brendi rəsmi şəkildə anons etdi ki, 29 noyabr tarixində Redmi K70 smartfon seriyası ilə birlikdə üstəlik Redmi Watch 4 smart saatı təqdim ediləcək.

Cihazlar+
Xiaomi 14 Ultra-nın bəzi texniki imkanları açıqlanıb
Xiaomi 14 smartfon seriyasının satışlarına hələ bir neçə müddət bundan öncə start verildi.

Elm & Texnologiya
Yeni RedmiBook noutbukları anons edilib
Redmi brendi təqdimata hazırlaşan iki yeni noutbukunun posterlərini təqdim edib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
