
Redmi Buds 5 Pro naqilsiz qulaqlığının özəlliklərindən biri rəsmi şəkildə məlum olub
Elm & Texnologiya
28.11.2023
Emil
Xiaomi-nin Redmi brendi sabah baş tutacaq növbəti təqdimat tədbirində Redmi K70 smartfon seriyası və Redmi Watch 4 smart saatı ilə birlikdə həmçinin Redmi Buds 5 Pro naqilsiz qulaqlığını da təqdim edəcək. İndi isə şirkət sözügedən yeni naqilsiz qulaqlıq barəsində vacib bir məlumatı təqdim edib. Şirkətin bölüşmüş olduğu posterə əsasən Redmi Buds 5 Pro naqilsiz qulaqlığı bir dəfə şarj olunandan sonra 10 saat ərzində çalışa biləcək. Şarj keysi ilə birlikdə isə bu göstərici 38 saat təşkil edəcək. Bununla yanaşı məlumatda qeyd edilib ki, qulaqlıqlar sürətli şarj texnologiyasını dəstəkləyəcəklər. Bu texnologiya vasitəsilə 5 dəqiqəlik şarj prosesi sayəsində onlar 2 saat ərzində çalışa biləcəklər. Qeyd etmək lazımdır ki, Redmi Buds 5 Pro-nun özündə ətraf səs-küyün aktiv boğulması funksiyasını birləşdirəcəyi artıq rəsmi şəkildə məlumdur.

Paylaş
Ən çox oxunanlar

Starship-in gələn il Marsa göndərilməsi ehtimalı 50% təşkil edir
