main-post-cover

    Redmi K20 ilə K20 Pro smartfonlarının təqdimat tarixi elan olundu

    Elm & Texnologiya
    20.05.2019
    Farid Pardashunas
        Çoxlu sayda məlumat sızıntılarından sonra Xiaomi şirkəti rəsmi olaraq Redmi brendinin ilk flaqman smartfon modelləri olacaq K20 ilə K20 Pro-nun təqdimat tarixini elan etdi. Bu barədə Gagadget saytı xəbər verib. Çinin Weibo adlı sosial şəbəkəsində təqdim olunmuş posterə əsasən smartfonlar 28 may tarixində təqdim olunacaqlar. Təqdimat tədbiri Çində baş tutacaq. Məlumata əsasən K20 ilə K20 Pro modelləri öz aralarında yalnız prosessorlar baxımından fərqlənəcəklər. Belə ki, K20 modeli Snapdragon 730 prosessoru, K20 Pro isə Snapdragon 855 prosessoru ilə təchiz oluunacaq.

        Digər özəlliklər baxımından isə smartfonlar eyni olacaqlar. Gözləntilərə əsasən K20 modeli 6.39 düym OLED ekran, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası, smartfon gövdəsinin yuxarı hissəsinin daxilinə yerləşdirilmiş ön kamera, 48 MP-lik üçlü arxa kamera, 6/8 GB RAM, 27 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya və USB-C girişi ilə təchiz olunacaq. Son məlumatlara əsasən smartfon 400$-dan aşağı qiymətə satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər