main-post-cover

    Redmi K30 4G smartfonu qlobal bazarda Pocophone X2 adı ilə satışa çıxa bilər

    Elm & Texnologiya
    24.01.2020
    Farid Pardashunas
        Dünən biz məlumat vermişdik ki, Xiaomi-dən ayrılaraq müstəqil brendə çevrilmiş Poco-nun yeni smartfon modeli Poco X2 adı altında satışa çıxa bilər. İndi isə smartfon barəsində yeni məlumatlar ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. MIUI Polska saytının jurnalistləri təqdim olunacaq smartfonun proqram təminatının qlobal test versiyasını aşkar ediblər.
        Məlumata əsasən smartfon Redmi K30-un sahib olduğu model nömrəsinə sahibdir. Qeyd etmək lazımdır ki, Redmi K30 smartfonu M192G7BE model nömrəsinə sahibdir. Çox güman ki, bu, eyni cihazlardır. Bunu həmçinin smartfonun ortaya çıxmış real fotosu da təsdiqləyib. Belə ki, smartfonun ekranı üzərində iki kamera modulu yerləşir. Bu isə o deməkdir ki, Redmi K30 4G smartfonu qlobal bazarda Pocophone X2 adı ilə satışa çıxa bilər.
        Ortaya çıxmış screenshot fotolara əsasən smartfon 8 GB RAM, 256 GB daxili yaddaş həcmi və 2.2 GHz tezlikdə çalışan prosessor ilə təchiz olunub. Çox güman ki, söhbət, Snapdragon 730G prosessor modelindən gedir. Pocophone X2 MUI 11.0.2 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Poco brendinin yeni smartfon modelinin təqdimat tarixi barəsində bir məlumat yoxdur. Lakin gözləntilərə əsasən smartfon ya bu rübün sonunda ya da növbəti rübün əvvəlində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər