Redmi K30 5G rəsmi olaraq təqdim edildi - QİYMƏTİ

Redmi K30 5G rəsmi olaraq təqdim edildi - QİYMƏTİ

Texnologiya
10.12.2019 PAYLAŞIM

    Bir neçə ay ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Redmi brendi sonunda Redmi K30 smartfon modelini təqdim etdi. Yeni smartfonun əsas özəllikləri sırasında üzərində ikili ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissəli böyük ekran, yeni Snapdragon prosessoru, təkmilləşdirilmiş arxa kameralar və böyük həcmli batareya var. Bundan əlavə olaraq smartfon iki versiyada təqdim olunub. Onlardan biri 5G şəbəkəsində, digəri isə yalnız 4G şəbəkəsində çalışa bilir. Şəbəkə dəstəyi fərqindən əlavə olaraq smartfonlar öz aralarında sahib olduqları prosessor modeli və kameralar ilə də fərqənirlər. Digər göstəricilər üzrə isə onlar tamamilə eynidirlər. Beləliklə əvvəlcədən də gözlənildiyi kimi Redmi K30 5G modeli Snapdragon 765G prosessoru ilə təchiz olunub.


    Smartfonda 5G modemin olması ilə yanaşı həmçinin yaxşı və stabil şəbəkə siqnalının qəbul olunması üçün onda 12 ədəd anten quraşdırılıb. Smartfon həmçinin maye soyutma sisteminə də sahibdir. Əsas texniki göstəricilərə gəldikdə isə Redmi K30 5G modeli Full HD+ keyfiyyətli 6.67 düym IPS ekran, 6/8 GB RAM, 64/128/256 GB daxili yaddaş həcmi, 64 MP (f/1.8 diafraqmalı) + 8 MP (120 dərəcə bucaq təsvirli obyektiv) + 5 MP (f/2.4 diafraqmalı makroobyektiv) + 2 MP (ToF modul) dördlü arxa kamera, 20 MP + 2 MP ikili ön kamera və 30 vatt gücündə sürətli enerji yığma texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Barmaq izi skanı texnologiyası smartfonun kənar hissəsində yerləşdirilib.

    Redmi K30 4G modeli Snapdragon 730G prosessoruna sahibdir. Bundan əlavə olaraq 4G versiyanı 5G versiyadan fərqləndirən daha bir özəllik ondan ibarətdir ki, 4G versiyada 5 MP-lik makroobyektiv 2 MP-lik makroobyektiv ilə əvəz edilib. Həmçinin 4G versiya 27 vatt gücündə sürətli enerji yığma texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Təqdimat zamanı məlumat verilib ki, Redmi K30 modeli CC9 smartfonunda olan foto emalı alqoritmlərinə sahibdir. Həmin alqoritmlər vasitəsilə smartfon vasitəsilə yüksək keyfiyyətli fotoların çəkilməsini reallaşdırmaq mümkündür.

    Bununla yanaşı Redmi K30 modeli Movie adlı videoçəkiliş rejiminə də sahibdir. Həmin rejim vasitəsilə qısametrajlı filmləri çəkmək olar. Beləliklə 6 GB RAM və 64 GB daxili yaddaşa sahib K30 5G 286$-a, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib K30 5G 329$-a, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib K30 5G 372$-a, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib K30 5G isə 414$-a satılacaq. Redmi K30 4G modelinə gəldikdə isə 6 GB RAM və 64 GB daxili yaddaşa sahib model 228$-a, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib model 243$-a, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib model 271$-a, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib model isə 314$-a satılacaq. Smartfonlar artıq satışdadırlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik AirPods Pro 2-nin nə zaman satışa çıxacağını açıqlayıb..

Naqilsiz AirPods Pro qulaqlıqlarının birinci nəsli 2019-cu ilin oktyabr ayında satışa çıxmışdı...


Naqilsiz yeni Redmi Buds 4 və Buds 4 Pro qulaqlıqları təqdim edilib - QİYMƏTİ..

Redmi brendi 2 ədəd yeni naqilsiz qulaqlığı təqdim edib. Söhbət, Redmi Buds 4 və Buds 4 Pro qulaqlar..


Yeni Xiaomi Mi Band 7 smart qolbağı təqdim edilib - QİYMƏTİ

Redmi brendi Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonlarından əlavə olaraq çoxdan gözlənilən Mi ..


Apple öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır

Görünür, Apple şirkəti öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır. Şirkətin yeni ..


Snapdragon 8+ Gen 1 və flaqman özəlliklərə sahib Snapdragon 7 Gen 1 prosessorlar..

Qualcomm şirkəti keçirtmiş olduğu xüsusi təqdimat tədbiri çərçivəsində yeni Snapdragon 8+ Gen 1 flaq..


Hələ təqdim olunmamış Xiaomi Mi Band 7 smart qolbağı internet mağazalarının biri..

Xiaomi Mi Band 6 smart qolbağı Çində keçən ilin aprel ayının əvvəlində təqdim edilmişdi...

×