main-post-cover

    Redmi K30 barəsində yeni məlumatlar aşkar edildi

    Elm & Texnologiya
    20.11.2019
    Emil Nəcəfov
        XDA-Developers saytının baş redatoru Mishaal Rahman, MIUI 11 istifadəçi interfeysinin sonuncu beta versiyasının kodunda Redmi K30 smartfonu barəsində yeni məlumatlar aşkar edib. Verilmiş yeni məlumata əsasən Redmi K30 smartfonu Phoenix kod adına sahibdir. Smartfon IPS ekran və kənar hissədən barmaq izi skanı texnologiyasını əldə etməlidir. Bundan əlavə olaraq aşkar edilmiş məlumatda qeyd olunub ki, smartfon ekranının təsvir yenilənməsini 60 Hz-dən 120 Hz-ə dəyişmək mümkün olacaq.
        Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti bu cür ekran funksiyasına sahib olacaq smartfonu satışa çıxaracaq. Görünür, bu məhz Redmi K30 modeli olacaq. Redmi K30 modelinin 5G çipə sahib olacaq Snapdragon 735 prosessoru ilə təchiz olunacağı gözlənilir. Beləliklə bu smartfon Redmi brendinin 5G dəstəkli ilk smartfon modeli olacaq. Smartfonun gələn ayın sonunda təqdim olunacağı gözlənilir. Redmi K30-un gələn i satışa çıxacağı artıq təsdiqlənib.
    Linki kopyala