main-post-cover

    Redmi K30 Pro-nun batareyası barəsində yeni məlumat verildi

    Elm & Texnologiya
    05.02.2020
    Farid Pardashunas
        Digital Chat Station ləqəbli çinli insayder Redmi brendinin növbəti flaqman smartfon modeli olacaq Redmi K30 Pro barəsində məlumatlar verməyə davam edir. Bu barədə Gagadget saytı xəbər verib. Bu dəfə insayder smartfonun batareyası barəsində məlumat verib. Belə ki, insayderin verdiyi məlumata əsasən Redmi K30 Pro smartfonu 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, adi Redmi K30 modeli 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunur.
        Bundan əlavə olaraq smartfonun Pro modeli 33 vatt gücündə sürətli şarj texnologiyasını da dəstəkləyəcək. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən smartfon həmçinin Snapdragon 865 prosessoru və ikili ön kamera ilə təchiz olunacaq. Redmi K30 Pro-da 108 MP-lik arxa kameranın olacağını gözləmək lazım deyil. Onun yerinə smartfon 64 MP-lik arxa kamera modulu əldə edəcək. Smartfonun təqdimatı ya bu ayın sonunda ya da gələn ayın əvvəlində baş tutmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər