main-post-cover

    Redmi K30 Pro-nun təqdimat tarixi elan olundu

    Elm & Texnologiya
    17.03.2020
    Emil Nəcəfov
        Bir neçə ay ərzində olmuş çoxlu sayda məlumat sızıntısından sonra Redmi brendi sonunda özünün Redmi K30 Pro flaqman smartfon modelinin təqdimat tarixini elan etdi. Bu barədə Gagadget saytı xəbər verib. Redmi brendinin rəhbəri Lu Weibing Çinin Weibo sosial şəbəkəsində təqdimat tədbirinin posterini təqdim edib. Beləliklə posterə əsasən Redmi K30 Pro smartfonu 24 mart tarixində təqdim olunacaq.
        Bundan əlavə olaraq təqdimat tədbiri çərçivəsində Redmi brendi Redmi K30 Pro smartfonundan əlavə olaraq onun Zoom Edition adlı xüsusi versiyasını da təqdim edəcək. Hər iki smartfon modeli Snapdragon 865 prosessoru, 5G modem, dördlü arxa kamera və 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Adi Redmi K30 Pro modeli 64 MP + 13 MP + 2 MP + 2 MP dördlü ara kameraya sahib olmalıdır. Zoom Edition modelində isə sonuncu kamera modulu fərqlənəcək. Belə ki, o, 2 MP-lik deyil 8 MP-lik olacaq optik zoom özəlliyini dəstəkləyəcək. 
    Linki kopyala