Redmi K30 Pro smartfonu qlobal bazarda Poco F2 adı ilə satışa çıxa bilər
Elm & Texnologiya
26.03.2020
Farid Pardashunas
XDA-Developers saytının mütəxəssisləri MIUI 11-in sonuncu beta versiyalarından birində olan MIUI Camera tətbiqini analiz edərək bir neçə gün bundan öncə təqdim edilmiş Redmi K30 Pro flaqman smartfon barəsində maraqlı məlumat aşkar ediblər. Belə ki, MIUI 11 kodunda lmiin kod adına rast gəlinib. İnsayderlər güman edirlər ki, bu, Redmi K30 Pro-nun Hindistan üçün nəzərdə tutulmuş versiyasının kod adıdır.
Belə ki, Çin bazarı üçün nəzərdə tutulmuş Redmi K30 Pro versiyası lmi kod adına sahib idi. Lakin maraqlısı ondadır ki, mütəxəssislər MIUI 11 kodunda həmçinin SHOT ON POCO PHONE yazısını da aşkar ediblər. Burdan da belə qənaətə gəlmək olar ki, Hindistanda Redmi K30 Pro smartfonu Poco brendinin modellərindən biri kimi satılacaq.
Çox böyük etimal ilə söhbət, Poco F2 smartfonundan gedir. Bu heç də təəccüblü olmaz. Belə ki adi Redmi K30 smatfonu Hindistanda Poco X2 adı ilə satışa çıxdı. Redmi K30 Pro-nun qlobal versiyasının nə zaman təqdim olunacağı bilinmir. Lakin insayderlərin sözlərinə əsasən qlobal versiyasının təqdimatı aprel ayında baş tutmalıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ