main-post-cover

    Redmi K30 smartfonu barəsində bəzi məlumatlar verilib

    Elm & Texnologiya
    14.10.2019
    Farid Pardashunas
        Redmi 8Redmi 8A smartfon modellərinin bugün Çində keçirillmiş təqdimat tədbiri çərçivəsində Redmi brendinin rəhbəi Lu Weibing həmçinin Redmi K30 modeli barəsində də bəzi məlumatları verib. Bu barədə IThome saytı xəbər verib. Beləliklə təqdimat zamanı bildirilib ki, Redmi K30 smartfonu Redmi brendinin ilk 5G dəstəkli modeli olacaq.
        Beləliklə smartfon avtonom (SA) və qeyri avtonom (NSA) şəbəkə arxitekturalarını dəstəkləyəcək. Bu cür imkanlara sahib olan yeganə 5G modem isə Kirin 990 prosessoruna inteqrasiya edilmiş Huawei Balong 5000 modemidir. Lakin Redmi K30 smartfonu dəqiq şəkildə həmin prosessoru əldə etməyəcək. Çox güman ki, söhbət, bu ilin sonunda təqdim ediləcək Snapdragon 700 seriyasına daxil olacaq prosessordan gedir.
        Yeni prosessor modelindən əlavə olaraq Redmi K30 modeli həmçinin ekrana inteqrasiya edilmiş ikili ön kamera ilə də təchiz olunacaq. Beləliklə smartfonun ön paneli Galaxy S10 Plus modelinin ön panelini xatırladacaq. Smartfon barəsində digər bir məlumat verilməyib. Çox güman ki, Redmi K30 smartfonu 2020-ci ilin birinci rübündə təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər