Redmi K30 smartfonu MediaTek əvəzinə 5G dəstəkli Snapdragon prosessorunu əldə edəcək

Redmi K30 smartfonu MediaTek əvəzinə 5G dəstəkli Snapdragon prosessorunu əldə edəcək

Texnologiya
19.11.2019 PAYLAŞIM

    Hələ bir neçə müddət bundan öncə internetdə məlumat ortaya çıxmışdı ki, Redmi K30 smartfonu 5G çipinə sahib MediaTek prosessorunu əldə edərək Redmi brendinin ilk 5G dəstəkli smartfon modeli olacaq. Lakin görünür, bu belə olmayacaq. Belə ki, məşhur insayder Sudhanshu Ambhore-nin verdiyi məlumata əsasən Redmi K30 smartfonu MediaTek prosessoru yerinə Qualcomm şirkətinin prosessor modelini əldə edəcək.

    Söhbət, dekabr ayının əvvəlində Snapdragon 865 ilə birlikdə təqdim ediləcək Snapdragon 735 prosessorundan gedir. Bu barədə Gagadget saytı xəbər verib. Sözügedən prosessor SM-7250 kod nömrəsinə sahibdir və 5G çip ilə təchiz olunacaq. Bununla yanaşı Snapdragon 735 prosessoru 2.32-2.36 GHz tezlikdə çalışan 2 ədəd Cortex-A76 və 1.73 GHz tezlikdə çalışan 6 ədəd Cortex-A55 nüvəsi əldə edəcək.

    Yəni prosessor 8 nüvəli olacaq. Qualcomm prosessorundan əlavə olaraq Redmi K30 smartfonu biri 64 MP olmaqla dördlü arxa kamera ilə də təchiz olunmalıdır. Redmi brendinin rəhbəri Lu Weibing-in sözlərinə əsasən smartfon dəqiq şəkildə gələn il satışa çıxacaq. Lakin onun təqdimatı artıq gələn ayın ortasında baş tuta bilər.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Satılmış 1 milyon Galaxy Fold məlumatı təkzib olundu

Dünən xəbər verilmişdi ki, Samsung şirkəti artıq bütün dünya üzrə 1 milyon ədəd qatlana bilən Galaxy..


ABŞ ilə Çin razılığa gəldilər: Apple məhsullarının qiymətlərində artım olmayacaq..

ABŞ və Çin hökumətləri öz aralarında ilkin ticarət razılaşmasını əldə ediblər.


Smartfon bazarının lideri Samsung-dur: Lakin Huawei öz rəqibinə artıq çox yaxınd..

2019-cu il hələ sona çatmasa da Strategy Analytics şirkəti bu ilin yekun nəticələri vasitəsilə smart..


Kirin 990-dan 50% daha güclü: Huawei Kirin 1020 prosessoru barəsində ilkin məlum..

Baxmayaraq ki, Huawei şirkətinin Kirin 990 prosessoru hələ sentyabr ayında təqdim edilmişdi, artıq o..


Windows 10 ilə artıq telefon zənglərini komputer üzərindən cavablamaq mümkündür..

Windows 10 əməliyyat sisteminin Your Phone tətbiqi vasitəsilə artıq Android telefonlara gələn zənglə..


Uşaqların təhlükəsizlikləri üçün olan funksiya iOS 13.3-də düzgün çalışmır..

Apple şirkəti dəfələrlə iOS əməliyyat sisteminin təhlükəsizliyi barəsində danışıb.