main-post-cover

    Redmi K30-un hansı prosessora sahib olacağı barəsində məlumat verildi

    Elm & Texnologiya
    08.11.2019
    Emil Nəcəfov
        Artıq məlumdur ki, Redmi brendi özünün ilk 5G dəstəkli smartfon modeli üzərində çalışır. Söhbət, Redmi K30-dan gedir. Hələ bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, şirkət Redmi K30-un istehsal qiymətini aşağı salmaq üçün 5G dəstəkli Snapdragon prosessoru əvəzinə 5G dəstəkli MediaTek prosessorundan istifadə edə bilər. İndi isə məşhur hindistanlı insayder Sudhanshu Ambhore bunun hansı MediaTek prosessoru olacağı məlumatını verib. Bu barədə Gagadget saytı xəbər verib.
        Beləliklə insayderin verdiyi məlumata əsasən çox güman ki, Redmi K30 modeli 5G dəstəkli Helio M70 prosessoru ilə təchiz olunacaq. MediaTek prosessorundan əlavə olaraq Redmi K30 modeli genişformatlı ekran və ekran üzərində ikili ön kamera üçün nəzərdə tutulmuş dairəvi çıxıntı hissə ilə təchiz olunacaq. Son məlumat sızıntısına əsasən şirkət adi Redmi K30 modelini bu ilin sonuna kimi, Redmi K30 Pro-nu isə gələn il təqdim edəcək. Əgər bu məlumat düzdürsə, smartfon gələn ay təqdim olunmalıdır. Gözlənilən təqdimat tarixi isə 18 dekabrdır. 
    Linki kopyala