Redmi'nin ayrıca brend kimi ilk smartfon modelinin fotoları sızdırıldı
Elm & Texnologiya
06.01.2019
Farid Pardashunas
Biz artıq bir neçə gün bundan öncə bildirmişdik ki, Xiaomi şirkəti Redmi seriyasını ayrıca brendə çevirəcək və 10 yanvar tarixində Redmi seriyasının ayrıca brend qismində ilk smartfon modeli təqdim olunacaq. Sözügedən smartfon modeli artıq TENAA komissiyasının məlumatlar bazasında ortaya çıxıb. Qeyd etmək lazımdır ki, smartfonun dəqiq adı hələki məlum deyil. Lakin çox güman ki, bu, Redmi Note 7 və ya Redmi 7 Plus olacaq.
TENAA-nın məlumatlar bazasında smartfon M1901F9T və M1901F9E model nömrələrinə sahibdir. Beləliklə məlumatlar bazasında ortaya çıxmış fotolardan da görmək olar ki, Redmi brendinin smartfon modeli qradient rəngə, ikili arxa kameraya və arxa paneldə barmaq izi skanı texnologiyasına sahib olacaq. Smartfonun ön kamerası ekranın yuxarı hissəsinin mərkəzində yerləşir. Çox güman ki, o, V şəkilli çıxıntı hissədə yerləşir.
Xarici görünüşcə smartfon keçən ay təqdim olunmuş Mi Play modelinə çox bənzəyir. Lakin yeni smartfonun arxa panelindəki Mi loqosunu Redmi əvəz edir. Redmi brendinin ilk smartfon modelinin texniki göstəriciləri barəsində məlumatlar çox azdır. Bir sıra məlumatlara əsasən smartfon 6.3 düym ekran, 48 MP-lik ikili arxa kamera və 3900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)