main-post-cover

    Redmi-nin rəhbəri Redmi K30 Pro-nun qiymətinə işarə etdi

    Elm & Texnologiya
    26.02.2020
    Farid Pardashunas
        Redmi brendi artıq K30 Pro flaqman smartfon modelinin ön panelinin dizaynını sərgiləyib və onun təqribi təqdimat tarixini açıqlayıb. Bu səbəbdən də istifadəçilər Redmi K30 Pro-nun hansı qiymətə satılacağı barəsində suallar verməyə başlayıblar. Redmi brendinin rəhbəri olan Liu Weibing isə istifadəçilərin bu sullarına fikir bildirib. Bu barədə Mydrivers saytı xəbər verib.
        Çinin Weibo soail şəbəkəsində istifadəçilərin Redmi K30 Pro smartfon modelinin qiyməti barəsində qızğın müzakirələrinə Redmi brendinin rəhbəri nöqtə qoymağa qərar verib. Öz səhifəsində o bunları qeyd edib: “Redmi K30 Pro modeli Snapdragon 865 əsaslı smartfonun büdcəli versiyası heç zaman olmayacaq. Bu əsl flaqman smartfon olacaq”. İstifadəçilərdən birinin smartfonun 427$-a satılıb-satılmayacağı sualına Liu Weibing cavab olaraq “Daha da irəli gedin” bildirib. Görünür, Pro versiyanın qiyməti adi Redmi K30-un qiymətindən qat-qat baha olacaq. Qeyd etmək lazımdır ki, smartfon gələn ay təqdim olunacaq
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər