Redmi Note 5-in texniki göstəriciləri və qiyməti məlum oldu

Redmi Note 5-in texniki göstəriciləri və qiyməti məlum oldu

Texnologiya
25.01.2018 PAYLAŞIM

İnternetdə Xiaomi Redmi Note 5-in fotoları, texnki göstəriciləri və təqribi qiyməti sızdırılıb.

Həmçinin sözügedən smartfon Çində Xiaomi MEE7Xiaomi MET7 adları ilə sertifikatlaşdırılıb. Bu barədə Gizmochina saytı xəbər verib. Yeni model Redmi Note 5 metal korpusa və müasir dizayna sahib olacaq. Həmçinin smartfon 18:9 nisbətli çərçivəsiz 5.99 inç Full HD+ ekranla təchiz olunacaq. Sızdırılmış fotodan da görmək olar ki, Redmi Note 5 ikili arxa kameraya sahib olacaq. Güman olunur ki, onlardan biri 16 MP, digəri isə 5 MP olacaq. Smartfonun ön paneli isə geniş bucaqlı 8 MP-lik kamera ilə təchiz olunacaq.



Smartfon MIUI 9 interfeysli Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışacaq. Sızdırılmış məlumatlara əsasən smartfon iki versiyada təqdim olunacaq. Birinci versiya Snapdragon 630 prosessoru, 3 GB RAM və 32 GB daxili yaddaş, ikinci versiya isə Snapdragon 636 prosessoru, 4 GB RAM və 64 GB daxili yaddaş ilə təmin olunacaq. Birinci versiyanın təqribi qiyməti 237$, ikinci versiyanın təqribi qiyməti isə 284$ təşkil edəcək. Yeni model Redmi Note 5-in MWC 2018 tədbirində anons olunacağı gözlənilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple bu il rekord sayda yeni məhsul təqdim edəcək

Bloomberg saytının məşhur jurnalisti Mark Gurman Apple şirkətinin bu il üçün olan planları barəsində..


Elon Musk-ın Neuralink şirkəti beyin implantının insanlar üzərində testlərinə ha..

Elon Musk-ın beyin interfeysi layihəsi ilə məşğul ola Neuralink şirkəti hal hazırda klinik testlər ü..


Google şirkəti Meta və Apple məhsulları ilə rəqabət apara biləcək AR cihaz üzəri..

Virtual (VR) və artırılmış (AR) reallıq cihazları bazarı daha çox şirkətin diqqətini cəlb etməyə dav..


Space Entertainment Enterprise şirkəti kosmosda film studiyası inşa etməyi planl..

Space Entertainment Enterprise adlı şirkət kosmosda film studiyası kimi fəaliyyət göstərəcək stansiy..


Həvəskar şəxs keçən əsrin noutbukunda bitcoin mayninqini işə sala bilib

İlk noutbuklar 1980-ci illərdə işıq üzü görüblər. Həmin zamanlarda satışa çıxmış noutbuklardan indik..


Samsung AMD qrafikalı Exynos 2200 flaqman prosessorunu təqdim edib

Uzun müddətlik aradan sonra Samsung şirkəti Exynos 2200 flaqman prosessorunu təqdim edib.

×