main-post-cover

    Redmi Note 7 Pro smartfonu rəsmi şəkildə təqdim olundu

    Elm & Texnologiya
    28.02.2019
    Farid Pardashunas
        Hələ yanvar ayında Xiaomi şirkəti Redmi-ni müstəqil brendə çevirmişdi və həmin ayda brendin ilk smartfon modeli olan Redmi Note 7-ni təqdim etmişdi. Smartfonun Pro versiyasının təqdim olunacağına heç kim şübhə etmirdi. Bu sadəcə zaman məsələsi idi. İndi isə həmin zaman gəlib çatıb. Belə ki, şirkət Redmi Note 7 Pro smartfon modelini təqdim edib. Adi modeldən fərqli olaraq Redmi Note 7 Pro modeli daha yaxşı Snapdragon prosessoru və təkmilləşdirilmiş arxa kamera əldə edib.

        Beləliklə Redmi Note 7 Pro modeli 19.5:9 nisbətli Full HD+ keyfiyyətli 6.3 düym 2.5D IPS ekran (ekran üzərində damcı formada çıxıntı hissəli), 8 nüvəli Snapdraagon 675 prosessoru, Adreno 612 qrafik sürətləndirici, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (256 GB-a kimi microSD dəstəkli), 48 MP (f/1.79 diafraqmalı Sony IMX586 kamera modulu) + 5 MP ikili arxa kamera, 13 MP-lik ön kamera, Quick Charge 4 sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya, USB Type-C girişi, 3.5 mm-lik audiogiriş və arxa paneldən barmaq izi skanı texnologiyası ilə təchiz olunub.

        Smartfonun arxa kameralarında olan süni zəka texnologiyası dəstəyindən əlavə olaraq həmin kameralar həmçinin gecə çəkilişi rejimini və 4K keyfiyyətində çəkilişi də dəstəkləyirlər. Redmi Note 7 Pro modeli MIUI 10 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Belliklə Redmi Note 7 Pro-nun qlobal versiyası 13 mart tarixində satışa çıxacaq. 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 196$-a, 6 GB RAM və 128 GB daxili yaddaş sahib versiya isə 238$-a satılacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər