Logo
    main-post-cover

    Redmi Note 8 ilə Note 8 Pro smartfonlarının hansı prosessora sahib olacaqları məlum oldu

        Redmi Note 8 ilə Note 8 Pro smartfon modellərinin təqdimatlarına sayılı günlər qalmış həmin smartfonların ən vacib texniki göstəriciləri ortaya çıxdı. Söhbət, smartfonların sahib olacaqları prossessor modelindən gedir. Bu məlumatı prosessor istehsalçısının özü verib. Bu barədə GSMarena saytı xəbər verib.
        Beləliklə hər iki smartfon uzun müddət keçəndən sonra ilk dəfə olaraq Qualcomm şirkətinin prosessor modelini əldə etməyəcək. Prosessor istehsalçısı olan MediaTek şirkətinin Weibo sosial şəbəkəsindəki səhifəsində banner ortaya çıxıb və həmin banner təsdiqləyib ki, Redmi brendinin iki yeni smartfon modeli keçən ayın sonunda təqdim olunmuş Helio G90T prosessoru ilə təchiz olunacaq.

        8 nüvəli (2 ədəd ARM Cortex-A76 nüvəsi və 6 ədəd Cortex-A55 nüvəsi) bu prosessor 2.05 GHz tezliyə və HDR10 dəstəkli Mali-G76 3EEMC4 qrafik sürətləndiriciyə sahib olacaq. Məlumata əsasən adi Redmi Note 8 modeli 48 MP-lik arxa kamera, Note 8 Pro isə 64 MP-lik arxa kamera ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, hər iki smartfon 29 avqust tarixində Çində təqdim olunacaq.
    Paylaş
    Bənzər xəbərlər