main-post-cover

    Redmi Note 8-in ilk real fotoları ortaya çıxdı

    Elm & Texnologiya
    19.08.2019
    Farid Pardashunas
        Redmi brendinin general direktoru olan Liu Wwibing-in Redmi Note 8 smartfon modelinin təqdimat tarixi və texniki göstəriciləri barəsində məlumat verəndən sonra internetdə sözügedən smartfonun ilk real fotoları ortaya çıxdı. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib. Liu Weibing sözügedən smartfon barəsində məlumatları Weibo sosial şəbəkəsindəki səhifəsində verib.

        Onun sözlərinə əsasən əvvəlki modellər ilə müqayisədə Redmi Note 8 modeli 10 vatt gücündə enerji qəbul etməyə qadir yüksək həcmli batareyaya, təkmilləşdirilmiş kamera çəkilişi özəlliklərinə və böyük ölçülü ekrana sahib olacaq. Güman olunur ki, smartfon 64 MP-lik kamera modulu ilə təchiz olunacaq. Gözləntilərə əsasən smartfon erkanında ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yerləşəcək.

        Smartfonun həmçinin MediaTek HelioG90T prosessoru ilə təchiz olunacağı gözlənilir. Lakin Liu Weibing prosessorun dəqiq modelini qeyd etməyib. Ortaya çıxmış real fotolardan isə belə qənaətə gəlmək olar ki, Redmi Note 8 modeli USB Type-C girişini, 3.5 mm-lik audiogirişi, iki SIM kart girişini və arxa panelin mərkəzində yerləşəcək üç kamera modulunu əldə edəcək. Qeyd etmək lazımdır ki, Redmi Note 8-in təqdimatı 29 avqust tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər